Azərbaycanda Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üzrə işlər başa çatmaqdadır.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.
Onun sözlərinə görə, hazırlanmış konsepsiya artıq müvafiq orqanlara verilib və Dövlət Xidməti rəy və təklifləri almaqdadır.