2021-ci ildə pərakəndə sektorunu asan olmayan günlər gözləyir. REM People-ın CEO-su Bülent Peker deyir ki, epidemiya sektorun iş formasında dəyişiklik edəcək. REM People-a göre epidemiyanın kölgəsində pərakəndə sektorunun yeni trendləri belə olacaq:


Yenilik edən qazanacaq


Yeni normalda müştərilər mağazaya daha çox qayıdıqlarında, həm məhsulları ilə, həm də insanlarla təması ən aza endirməyə çalışacaq. Bu dövrdə rəflərində yenilik edən və riski azaltan mağazalar qazanclı çıxacaq.


Rəfdə daha çox məhsul göstərəcəklər


Markalar mağazalarda ən çox satış edən məhsullar əvəzinə, daha çox məhsul müxtəlifliyini göstərməyə çalışacaq.


Mobil mağazalar artacaq


Bəzi pərakəndə markaları epidemiyada məhsullarını olmaq istədikləri yerə götürmək üçün yenilikçi həllər təklif edir. Bu il pop-up mağazalar və hətta məhsul maşınları ilə açıq sahədə məhsul təcrübəsi yaşatması gözlənilir.


Daha çox özəl gün və kampaniya


Pərakəndə sektorunu 2020-ci il Yeni il, Qara Cümə, Sevgililər Günü və fərqli özəl günlər canlandırmış və satışları artırmışdı. 2021-ci ilin isə daha çox özəl günün və kampaniyanın olacağı bir il ola bilər.


Müştəri mağazaya təcrübə çəkəcək


Fiziki pərakəndə 2020-ci ildə böyük yara aldı, 2021 isə vaksinasiya ümidi ilə başladı. Daha optimist olmaq üçün daha çox səbəbin olduğu 2021-ci ildə istehlakçıların mağazaya təctübəsi çəkəcək. Mağazaya geri dönmə məsələsində istəksiz olan müştərilər, onlayn ticarətlə satın alıb, mağazada təcrübədən keçirərək təslim alacaq.


Randevü ilə ziyarət


Mağazalarda istehlakçıları daha rahat hiss edəcək işlər gözlənilir. Randevü və sifarişlə mağazaya gələn müştərilər özlərini daha çox təhlükəsiz hiss edir. Ayrıca satış personalı ilə görüntülü görüşmə də müştərilərin daha çox qarşılaşacağı bir yol olacaq.