Bu il dünya 8 mart – Beynəlxalq Qadınlar gününü 110-cu dəfədir ki, qeyd edəcək.
Bu bayram necə başladı?
1 May Beynəlxalq Əmək Günü kimi 8 mart da işçi hərəkatından yaranıb və Amerika köklərinə dayanır. 1908-ci ildə Nyu-York şəhərində 15 000 qadın daha qısa iş saatı, maaşların artırılması və səsvermə hüququ ilə etiraz çıxışları etdilər.
Facemark.az xəbər verir ki, ölkənin əksər ştatlarında qadınlar səsvermə hüququnu ABŞ Konstitusiyasına edilən 19-cu dəyişikliklə 1920-ci ildə əldə etdilər.
Növbəti il isə Amerika Sosialist Partiyası fevralın son bazar gününü əməkçi qadınlar günü kimi qeyd etməyi təklif etdi.
1910-cu ilin avqustun 10-da Kopenhagendə təşkil edilən konfransların birində Alman Sosial Demokratiyasının tanınmış fəalı Clara Zetkin qadınların bərabərliyi və mübarizə günü kimi beynəlxalq bir günün keçirilməsini təklif edib. 17 ölkədən 100-dən çox nümayəndə yekdilliklə bu təklifi qəbul etdilər.
1911-ci ildə bu bayramı ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər.