Masumlar Apartmanı, Kırmızı Oda, Katarsis, Bir Başkadır və Terapist… Həm TV-lərdə, həm də digital platformalarda sürətlə ekranları dolduran psixoloji təhlil mərkəzli videolar izləmə rekordları qırır. Belə demək mümkünsə milyonlar eyni anda bir terapiyaya girir. Bəs, nə oldu da cəmiyyətin psixoloji təhlil videolarına marağı artdı? Kontent seçimində bu dəyişiklik cəmiyyətin ruh halı haqqında nə deyir? Yoxsa, cəmiyyət pandemiyadan sonra qurma, yaxud real hekayələrin axtarışındadır?
Marketing Türkiye-nin Almanak sayında yer verdiyimiz 2020-nin ən bəyənilən serialları araşdırmasına görə, ötən ilin ən bəyənilən serialı Masumlar Apartmanı olub. Yenə də psixiatr Dr. Gülseren Budayıcıoğlu-nun qələmə aldığı kitabdan təsirlənən Kırmızı Oda da ilk 3-də yer alır. Yayıma girən həftə gündəm yaradan “Bir Başkadır” serialı da yenə ilin ən qabaqcıl serialları olub.
Əslində araşdırmanın nəticəsi sürpriz deyil. Belə ki, bir müddətdir ki, ekranlarda güclü bir psixoloji inqilab yaşanır. Masumlar Apartmanı, Kırmızı Oda, Katarsis, Bir Başkadır və Terapist kimi psixoloji təhlil filmləri milyonları ekran başına kilidləyir. Türk cəmiyyəti də kütləvi terapiyalar ilə daxili bir səyahətə çıxır. Evdə daha çox vaxt keçirdiyimiz pandemiya günlərində daxili dünyasını kəşf edir… Bu vəziyyət elə bir trendə çevrildi ki, psixiyatrlara olan tələb kəskin artdı, saxta terapistlər yarandı. Bəs, bu güclü trendin arxasında necə bir ictimai reallıq gizlənir?
Mütəxəssislər bu yöndə öz fikirlərini açıqlayıblar.
Sosial həyat başlayandan sonra terapi əsaslı filmlərin rüzgarı dayanacaq
Fatih Türkmenoğlu / Klinik Psixoloq,
Jurnalist, yazar
✓Ana axın medianın silkələndiyi bir dövrdəyik. Hər kəsin öz mediasının rəhbəri olduğu bir dövrə gəldik. Həm də bu keçid dünyanın dəyişdiyi, tarazlığın alt-üst olduğu elə bir dövrdə oldu ki…
✓İnternet və sosial media ilə hamımız yanlızlaşdıq, daxilimizə döndük. İllər keçdikcə Türk Sinemasının təqdim etdiyi tək obrazlı insan modeli çöküb getdi. İnsanlar, həm yaxşı, həm də pis ola bilər. Çox ağıllı və başadüşən biri sevdiyini aldada bilər. Sevimli bir ata modeli, bir başqa səhnədə təcavüzkar ola bilər. Belə xəbərlər artır hər yerdədir.
✓ Çox vacib bir reallıq da var. Televiziya, ekran, rentgençilikdir. Pəncərənin arxasında bir hadisə yaşanır, tamaşaçı isə bunu izləyir. İndi isə düşünün ki, bu seriallar ilə insanların gizli daxili dünyalarını kəşf etmək mümkün olur. Məhəllə mədəniyyəti və şərq mədəniyyətinin hakim olduğu ölkədəyik. Başqalarının həyatı bizə maraqlıdır. Suallar veririk. Məncə, belə bir serialları izləmək də buna görə çox cəlbedici görünür.
✓İnsan bio-psixisosial bir varlıqdır. Sosiallıq ilə qidalanan, inkişafa meyilli bir proqramlı canlı bir insan. Həyatlarımızda çox böyük əskikliklərin, yalnızların olduğu bir dövrdəyik.
✓ Normal həyata qayıtdıqdan sonra, insanların öz daxili dünyalarına səyahətlərinin bir qədər azalacağını düşünürəm. Zənnimcə, insanlar küçələrə, səyahətlərə, kafelərə getdikcə, dostluqlar təkrar fiziki səviyyəyə çatdıqca, terapiya mərkəzi filmlərin populyarlığı da azalacaq. İnsan hər şeyi unudur. İnsan sadəcə indiki zamana və gələcək ümidinə sarılır. Ümid edirəm ki, şəxsi, ətraf, cəmiyyətə fərqindəlilik artımı bir az da olsa qalar.
✓Psixoloji təhlil mərkəzli kontentlər, medianın ümumi olaraq cəmiyyəti aşağıya çəkdiyi bir dünyada, əslində bir ümiddir, elə deyilmi? Ancaq çox təhlükəli bir ölçüsü də var. Pseudo Psikologlar, yəni yalandan terapistlər. Terapiya müddəti çox özəl bir təcrübədir. Pasianetdə gizli qalmış, yatmış bir çox problem, kiçik bir yanlışda, zamanlama xətasında ortaya çıxa bilər. Ancaq təhsilli və təcrübəli terapistlər bu zamanı idarə edə bilər. Onsuz da çox kədərli şeylər yaşadıq. Seriallar ilə birlikdə, xüsusilə bir çox 5, 10 günlük koçluq təhsili alan cahil şəxslərin, başından böyük işlərə qollarını çirmələməsindən çox qorxuram.
✓ Bir terapist illərlə aldığı təhsil ilə yetişir. Təcrübə əldə etməsi, özünün də terapi əldə etməsi şərtdir. Təhsil və araşdırma həyat boyu davam edir. “Yemək masası terapiyası” deyilən fikir çox yanlışdır. Terapist və pasient əlaqəsi sadəcə terapiya otağında baş verir. İşin etik tərəfi çox vacibdir. Çox satan bəzi kitablarda, seriallarda qorxunc yanlışlar var.