2020-ci ildə Ramazanda Facebook-un araşdırmalarını idarə edən Facebook IQ və YouGov birgə əməkdaşlığı nəticəsində araşdırmasının nəticələrini paylaşıb. Bu markalar üçün fürsətləri dəyərləndirmək üçün yaxşı şansdır.
Gəlin, Ramazanda markaları gözləyən fürsətlər haqqında yazaq.
- Yardımlaşmanın yeni yollarını tapın
Yardımlaşma Ramazan-ın böyük bir parçasıdır. Türkiyədən araşdırmada iştirak edənlərin 75%-i yerli xeyriyyə təşkilatları və müəssisələrə dəstək vermənin onlar üçün vacib olduğuna inanır. Bu vəziyyət yerli müəssisələrə də yansıyır. İnsanların 81%-i düşünür ki, markalar Ramazanda, xüsusilə də pandemiya dövründə xeyriyyəçi olmalıdır. İnsanlar bir-biri ilə yardımlaşır və eyni mövqeyi müəssisələrdən də gözləyir. Türkiyədən anketdə iştirak edənlərin 69%-i deyir ki, markaların belə yanaşmasından sonra, onların həmin brendlərə marağı daha da artır.
- Kütlənizə mobildən çatın
Ramazanda insanlar gündəmdən xəbərdar olmaq və ailə və dostları ilə əlaqədə olmaq istəyir. Eyni zamanda alış-veriş, əyləncə üçün də texnologiyaya, xüsusilə də mobil cihazlara üstünlük verir. Bu vəziyyət pandemiyada da daha aydın görünür. Araşdırmaya görə, Türkiyədəki insanların 54%-i Ramazanda mobil cihazlarda daha çox zaman keçirir. Bu nəticə, daha çox insanın mağazaya getmək ilə müqayisədə kəşf, araşdırma, satınalma üçün mobilə yönəldiyinə işarə edir.
Bu bilgilər əsasında markalar mobil əyləncə, mənbələrin yüksəlişini fürsətə çevirməlidirlər. Hədəf kütlələrinə yeni şeylər kəşf etmək istədikləri yerlərdə və üsullarda çatmaları lazımdır.
- Əməkdaşlığı dəyərləndirin
Kontent istehsalçıları yeni bir inam mənbəyi təqdim edir. Türkiyədə insanların 60%-i düşünür ki, onların satınalma qərarları üzərində məşhur şəxslərin təsiri olur. 63% insan isə fikirləşir ki, etibarlı bir influencer ilə əməkdaşlıq edən markaya daha çox güvənir. Bu vəziyyət onu göstərir ki, markalar daha çox insana çatmaq və ilham vermək üçün kontent yaradıcıları ilə əməkdaşlıq edəcək.
- Yeni tələblər kəşf edin
Mağazalarda keçirilən vaxt azalır, insanların internetdə etibarlı şəkildə araşdırma və alış-veriş etmək gözləntiləri isə artır. Araşdırmanın nəticələrinə görə, Türkiyədəki insanların 65%-i pandemiyadan dolayı Ramazanda internetdə alış-verişə daha çox vaxt ayırır.
- Yeni fürsətləri kəşf edin
Ramazan ilin ən böyük alış-veriş dövrüdür. Ancaq bir çox reklamverən düşünür ki, insanlar Ramazan alış-verişlərini daha tez bitirir. Ona görə də reklamlarını azaldır. Ancaq insanlar Ramazanda da evləri, süfrələri, sevdiklərinə alacaqları hədiyyələr üzərində düşünməyə, alış-veriş etməyə davam edir.
Türkiyədə insanların böyük bir qismi Ramazandan öncə planlarını edir. Ancaq araşdırmada iştirak edənlərin 34%-i deyir ki, Ramazan alış-verişlərinin çoxunu Ramazan ayı içində edir. Eyni zamanda respondentlərin 67%-i deyir ki, Ramazan alış-verişləri üçün araşdırma etmək, ilham almaq və yeni şeylər kəşf etmək üçün Facebook platformalarından istifadə edir. Markalar bu dövrdə alış-veriş çoxluğunu nəzərə alaraq marketinq planlarında dəyişiklik edə bilərlər.