İnsanlar yolda, mağazalarda kobudluq edir, növbələrdə davalar çıxarırlar. Buna səbəb nədir? Bahar ağırlaşması, yoxsa pis tərbiyə?
Həkim Sergey Aqapkin deyir ki, bir çox insanların əhval ruhiyyəsi pis olur, aqressivdirlər və daha tez qıcıqlanma hissləri var. Bunlar hormonal balans pozğunluğu ilə əlaqələndirilə bilər. Bu və digər suallara cavabı “Rossiya 1” telekanalında yayımlanan verilişdə bildirilib.
Proqrama 58 yaşındakı Svetlana Korableva gəlib. Görünür o, heç də bahardan razı deyil. Svetlana artıq neçə aydır ki, qıcıqlanma hissi ilə mübarizə aparır. Belə bir əhvali-ruhiyyə onun həyat yoldaşı və qızı ilə münasibətinə də təsir edib. Onu ailənin gələcəyi narahat edir, vəziyyət o qədər gərginləşib ki, boşanma həddinə belə çata bilər. Əsəbilik və əhval dəyişikliyi nə ilə bağlıdır?
Svetlana, səyahət şirkətində direktor vəzifəsində çalışır və o bu problemi həll etmək üçün mütəxəssislərə müraciət etmək qərarına gəlib. O, sakitləşdirici dərmanlar qəbul edirdi, ancaq bu ona kömək olmadı. Qadın düşünürdü ki, bütün problem menopoz ilə bağlıdır.
Həkim-endokrinoloq, tibbi elmlər üzrə həkim, Rusiya Elmlər Akademiyasının akademiki Qalina Melniçenko problem həll etmək qərarına gəlib.
Bəs, hansı hormon əskikliyi insan psixologiyasına təsir edə bilər?
-Tiroksin defisti. Həddindən artıq tiroksin sinir sisteminin aktivliyini pozur, insanlar həddindən artıq narahatlıq yaşayır.
- Həddindən artıq noradrenalin və adrenalin. Bu hormonlar böyrəküstü vəzlər tərəfindən yaradılır və qanın yenidən orqanizmdə bölüşdürülməsindən məsuldur.
- Oksitosin əskikliyi. Nəsil fəaliyyətini gücləndirən hormonun çatışmazlığı ananın əhval-ruhiyyəsinə mənfi təsir edə bilər. Ancaq bu hormonun artığı isə əhval-ruhiyyənin əvvəlki səviyyəyə qayıtmasına kömək ola bilər.
- Cinsi hormonların çatışmazlığı. Bu bir çox problemə səbəb olan kompleks bioloji bir prosessdir. Əgər FSG analizləri də bu hormonların çatışmazlığını təsdiq edirsə, bu halda menopozdan danışmaq olar. Xəstənin bununla yanaşı, başqa xəstəliyi və hormon çatışmazlığının yaratdığı əks göstərişlər yoxdursa, bu halda xəstəyə hormon əvəzedici terapiya təklif edilə bilər.
Həkim deyir ki, təkcə hormonlarınızın səviyyəsini bilmək kifayət etmir. Həmçinin test nəticələrini düzgün anlamaq üçün peşəkar bir həkim ilə məsləhətləşməlisiniz.