Bugün sizlərə reklamdan danışacağam.. hər gün bizi əhatə edən reklamdan.. reklamın Azərbaycanda dövlət tərəfindən necə nəzarət olduğundan,qanunda necə əks olunmağından danışmaq istəyirəm.. Ümumiyyətlə bu mövzuda cəmiyyətdə kifayət qədər boşluq var, bu boşluqlar müəyyən fəsadlar və özbaşınalığa gətirib çıxardır.
“Reklam dövlət tərəfindən neçənci ildən qanun şəklinə salınıb? “ sualını versəm çoxlarınız bəlkə təəccüblənəcəksiniz..bu tarix 1998-ci ilə təsadüf edir .Azərbaycan Respublikasının Reklam Haqqında Qanunu..
Sual çıxır ortaya ki 1998-ci ilə hazırlanmış qanun, illərlə toz altında niyə yatıb?? bu sualın tək cavabı var-istifadə edilməyib... Bəli, bizdə reklamın qanunla tənzimlənməsi praktikası olmayıb, son dövrlərdə yaranıb.. Ancaq bu praktikada vətəndaşın qanunu bilməsinin faydası daha çoxdu, ümumiyyətlə qanunu bilmək fayda gətirir, Reklam Haqqında Qanunu bilməmək isə son dövrlərdə özünüz belə bilmədən haqlarınızın tapdalanmasına gətirib çıxardır.
Əslində bu haqda yazmağa sövq edən səbəb ,sosial şəbəkədə rastlaşdığım bir mövzu oldu.. Şirkətlər bizi aldadır??? Mövzunu görəndə öz özülüyümdə düşündüm ki, niyə görə belə edirlər ki??axı açıq aydın müştəriyə qarşı hörmətsizlikdir bu.Müştərini itirməkdən qorxmurlar ?? Düz edirlər, buna görə heç kimi qınaya bilmərəm,qanunu bilməməkdir günah.. Vətəndaş qanunu bilməyə borcludur....
Bugünkü çatışmamazlıqlar var ki ,hansı ki şirkətlər bundan sui-istifadə edərək yalnış məlumatla müştərini aldadır, ancaq bunlar qanunda öz əksini tapıb. Məsələn aşağıda nümunələrlə izah etməyə çalışacam:
Nümunə 1- “Bizə qoşul pulsuz internet hədiyyə al” ama reallıq odur ki birincisi pulsuz deyil,ikincisi də adını pulsuz qoyub ,elə sürət verir ki verməsə ondan yaxşı... (reklam olmasın deyə şirkətlərin adlarını çəkmirəm, həqiqətən müştərinin qanundan xəbərsiz olduğundan sui istifadə edirlər, özü də kobudcasına )
Nümunə 2 – “1 ədəd alana 4 ədəd hədiyyə”..Bu sloqanlar çoxlarına tanışdı.. Bütün günü küçə gəzərkən qarşılaşdığımız görüntülərdi. Amma dükana təşrif etdiyiniz zaman reallıq fərqli olur.. Keçənlərdə qəzetlərin birində oxudum ki, İqtisadi İnkişaf Nazirliyi bu tip yalnış məlumatlarla müştəriləri aldadan dükanların fəaliyyətinə son verir. Düz edir, qanunda yer alır bu maddə.(praktikada 1 ədədinə,4 ədədin hədiyyə vermək absurddur..bu ya keyfiyyətsizdir, ya da oğurluq)
Nümunə 3- Ən çox da rastlaşdığım reklam tipi : məsələn “hansısa tarif üçün 5 azn xidmət haqqı,gündəlik də 50 qəpik də balansdan çıxılacaqsa,ancaq şərtlərdə bu 50 qəpik yazılı olaraq göstərilmir” və gündəlik olaraq balansından yox olan qəpiklərin taleyindən xəbərin olmur . Bu müştərini aldatmaqdı..
Bu tip reklamlara qanunda “yolverilməz reklam” ( yanlış, qeyri-etik, bilərəkdən yalan, həmçinin məzmunu, yayılma yeri və üsulu baxımından qanunvericiliklə nəzərdə tutulan tələbləri pozan reklamdır) adlanır.. Bu qəti şəkildə imkan verilməməlidir.
Unutmayın ki, qanunuda reklamla bağlı bütün maddələr yer alıb, sadəcə çatışmayan cəhət bizim onlardan xəbərdar olmamağımızdır.Kimlər ki məlumatsızdır bu haqda, bütün marketoloq dostlarıma, yaxınlarıma məsləhət görərdim ki, Reklam Haqqında Qanunu oxusunlar,məlumatlansınlar.. Sizlər hərəniz bir şirkətin məhsulunun marketingini icra edirsiniz,buna görə qanun çərçivəsindən çıxmayın ki, hansısa müştərini nə vaxtsa incidəsiniz.
Gələcək mövzularda reklamda yaranmış olan qanunu pozuntularına bir daha qayıdacam...