Bu ilin ilk rübündə Amerikanın “Amazon” korporasiyasının satışlardan əldə etdiyi gəlir 108,5 milyard ABŞ dolları təşkil edib.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında göstərilib.


Bu, “Amazon” korporasiyasının tarixində ən yüksək gəlir rübü olub. 31 martda bitən üç aylıq dövrdə şirkətin gəliri 2020-ci ilin birinci rübünə nisbətən 44 faiz artıb.


Korporasiyanın əməliyyat gəliri əvvəlki ilin eyni dövründəki 4 milyard ABŞ dollarına qarşı iki dəfədən çox artaraq 8,9 milyard ABŞ dollarına çatıb.


Qeyd edək ki, “Amazon” internet üzərindən mal və xidmətlər satan dünyanın ən böyük şirkətidir. 1994-cü ildə Bezos tərəfindən qurulub. Hazırda şirkətin bazar dəyəri təxminən 1,81 trilyon ABŞ dolları qiymətləndirilir.


“Bloomberg”ə görə Bezos hazırda dünyanın ən varlı adamıdır. Onun sərvətinin təqribən 201,7 milyard ABŞ dolları olduğu təxmin edilir.