Variety-də yayımlanan xəbərə görə Amazon, Hollywood-un vacib film studiyalarını özündə cəmləşdirən media şirkəti MGM-i 9 milyard dollara almaq üçün bir neçə həftədir ki, şirkətlə görüşlər reallaşdırır. Mətbuata sızan məlumatlara, əsasən Amazon-un bu həmləsi ciddiyyətini ortaya qoyur.


Facemark.az xəbər verir ki, Amazon və MGM arasındakı görüşlərdə Amazon Studios və Prime Video-dakı top menecer Mike Hopkins və Anchorage Capital-ın böyük bir MGM səhmdarı olan MGM İdarə Heyətinin Rəhbəri Kevin Ulrich iştirak edib.


Bildirilir ki, başqa texnologiya şirkətləri də dekabrdan bəri MGM-i almaq istəyir. Ancaq təklif edilən ən yüksək miqdar isə 5 milyard dollar civarındadır.


MGM aslan loqosu və bir əsrlik keçmişi ilə Hollywood-un ən məşhur studiyalarından biridir. MGM-i alınmasında məqsəd Amazon-un, Prime Video xidmətini daha geniş kütlələrə çatdırmaq istədiyi şübhəsizdir.


Son açıqlanan məlumatlara görə, dünya miqyasında 200 milyona çatan Amazon Prime üzvlərinin 175 milyonu keçdiyimiz il Prime Video xidmətindən faydalanıb.


MGM-in studiyaları ilə birlikdə geniş film və serial arxivinin Amazon-un əlinə keçməsi isə şirkətin xidmətini streaming platformları arasındakı rəqabətə daha güclü mövqeyə daşıya bilər.


Amazon və MGM nümayəndələri isə hələlik mövzu ilə bağlı səssizliklərini qoruyur.