Ötən günlərdə facemark.az-ın “Golden Drum” yaradıcılıq festivalının media partnyoru olduğunu qeyd etmişdik. Bəs dünyaca məşhur, reklam sahəsində önəmli adlardan biri olan “Golden Drum” festivalı bu il hansı nominasiya üzrə mükafatlar verəcək? Festival haqqında nələr bilməliyik?
Facemark.az bu yazıda sizə “Golden Drum 2021” festivalına müraciət şərtləri, nominasiyalar ilə bağlı məlumat verəcək.
“Golden Drum” festivalı “WARC Kreative Sıralama”sına daxil olan dünyanın səkkiz regional mükafat şousundan biri seçilib. Eyni zamanda festival “Rusiya Milli Yaradıcılıq Reytinqi RACA”ya (5 bal) və “Rəqəmsal Agentliklərin Yaradıcılıq Sıralaması”na (5 bal) daxil edilib.
Bu il namizədlər 14 nominasiya üzrə yarışacaqlar:
- “Finalist”;
- “Bronze Drum” (yeni nominasiya kimi);
- “Silver Drum”;
- “Golden Drum”;
- “Grand Prix”;
- “The Best of Social Good”;
- “The Best of Genius Loci”;
- “The Best of Covid-19” (Yalnız 2021-ci il üçün);
- “The Golden Rose” - ən çox balı toplayan reklam agentliyi;
- “The Golden Net” - Sözügedən şəbəkənin tərkib hissəsi olan bütün şirkətlərin ümumi cavabı nəticəsində seçilən reklam platforması;
- “The Golden Dragon Award” - ən çox bal toplayan uğurlu və müstəqil reklam agentliyi;
- “The Brand Grand Prix” - ən çox bal alan müştəri brend;
- “The Golden Watch” - il ərzində gördüyü həm korporativ, həm individual işlər ilə ən çox bal toplamış kreativ direktor;
- “Special Golden Drum Adriatic” - Bosniya və Herseqovina, Şimali Makedoniya, Sloveniya, Albaniya, Xorvatiya, Monteneqro, Kosova və Serbiya kimi Adriatik regionun ölkələrindən qəbul olunan ən uğurlu işlər.
Festivala müraciət etmək üçün nələr etməlisiniz?:
-
Uyğunluq qaydaları və şərtlərini oxuyun (yazının üzərinə klikləyərək keçid edə bilərsiniz);
-
Qrup və kateqoriyaları yoxlayın (işlər A. Industry Craft, B. Motion Craft, C. Digital Craft (yarım kateroqiya: Omni-Channel Drum) və D. Innovation Craft kateqoriyaları üzrə qəbul olunur);
-
http://engine.goldendrum.com saytında qeydiyyatdan keçin və hansı qrup və kateqoriya üzrə qəbul edilmək istədiyinizi profilinizdə qeyd edin;
-
Müraciət forması üçün hansı referans və məlumatların lazım olduğunu yoxlayın. Təqdim etməyi planlaşdırdığınız işləri toplayın;
-
Materiallar üçün texniki tələblərin nə olduğunu dəqiqləşdirin;
-
İştirakçı şirkətlə faktura şirkətinin əməkdaş olub-olmamasını mühasibat şöbənizlə yoxlayın. Ayrıca, ödəmə üsulu (kredit kartı və ya bank köçürməsi) barədə razılaşın;
-
ƏDV məqsədləri üçün vergi statusunuzu yoxlayın və şirkətin vergi nömrəsini hazırlayın. AB ölkələri üçün: vergi nömrənizi VIES sistemi vasitəsilə yoxlaya bilərsiniz.
Qeyd edək ki, festivala göndərilən işlər yalnız 1 yanvar 2019-1 sentyabr 2021-ci il ərzində yayımlanmış olmalıdır. Müraciət qəbulu 13 avqust bitir. Reklam sahibinin icazəsi və müəllif hüquqları alınmadan müraciət etmək qadağandır.
Əlavə məlumat üçün bukleti yoxlaya bilərsiniz.
Əlaqə: + 386 1 439 60 50, info@goldendrum.com
Festivalın nə vaxt baş tutacağını öyrənmək üçün keçid edin: facemark.az "Golden Drum"a media partnyor oldu! . Festival ilə bağlı son yeniliklərdən xəbərdar olmaq üçün isə Golden Drum-ın rəsmi saytını izləyin.