Son vaxtlar kripto valyuta ticarəti üçün vergi tətbiqetmələrindən tez-tez bəhs olunur.


Facemark.az qeyd edir ki, ölkələr qazancın vergiyə cəlb olunmasına dair qaydalar üzərində işləyirlər. Avstraliya Vergi Dairəsi vətəndaşlardan kriptovalyuta ticarətindən əldə etdikləri qazancın hesabatını tələb edir.


Təxmini hesablamalara görə, ölkədə 600 min insan kripto pul investorudur. Vergi bürosunun müvəkkil müavini Tim Log insanların kripto valyutasını mülk əvəzinə, valyuta kimi qəbul edərək səhv etdiklərini bildirib.


Vergi İdarəsi 2021-ci ildə 400.000 nəfərlə əlaqə quraraq onlardan daha əvvəl təqdim edilmiş vergi bəyannamələrini nəzərdən keçirmələrini və kripto ticarətində kapital qazancları və ya zərərlərini bildirmələrini tələb edəcək.