Pandemiya, iqtisadi durğunluq və qlobal xaosun ortasında yumora yer var? Çətin zamanlar səbəbilə brendlər daha ciddi davranmalıdır? “Walkers”in marketinq direktoru Fernando Kahane-a əsasən, reklam sahəsində əyləncəli yanaşma müasir həyatın təzyiqlərindən uzaqlaşmağa kömək edə bilər: “Pandemiya ərzində necə yaşadıqlarınızı xatırlayın - emosional musiqilər, qəlbimizə toxunan səsləndirmələrlə paylaşılan reklamlar. Bu səbəbdən birdən-birə yumor və əyləncənin həyatımızdakı yeri azaldı. Ancaq ‘ciddi zamanlar ciddi brendlər tələb edir’ fikrinə qarşı çıxmaq da lazımdır”.


Facemark.az “Marketing Week”in “Brendlər və yumor” mövzusunda paylaşdığı fikirləri təqdim edir:


Yumor supergücdür


Kahane inanır ki, artıq marketoloqlar yumorun gücünə diqqət ayırmalıdır. Eyni zamanda o, etiraf edir ki, “Walkers” özü də əyləncəli yanaşmanın önəmini və şirkətin DNA-da nə qədər əhəmiyyətli rol oynadığını unudub: "VCCP kimi dəyərli kreativ agentliklə çalışdıqdan anladım ki, insanları qıcıqlandıran yumor yalnız “Walkers” üçün deyil, bütün ingilis dilli şirkətlər üçün əhəmiyyət daşıyır". Nəticə olaraq, yumor və əyləncəni brendin ayrı bir xüsusiyyəti olaraq deyil, baza ünsürlərindən biri olaraq düşünmək lazımdır.


Yumor supergücdür. Doğru intonasiya ilə insanlara çatdırılsa, markanın mesajını dərinləşdirə bildiyi kimi, viral hala da gətirə bilər. Həmçinin müştərilərlə dərin ünsiyyət qurmağa kömək etməsi də istisna hal deyil”.


Pandemiyadan sonra brendlərin yumoristik tərəfini görə bilərik


Şans oyunları saytı “Paddy Power”in marketinq və marka direktoru Michelle Spillane inanır ki, yumoristik obraz brendlərdə mütləq olmalıdır. Ancaq hal-hazırda üzləşdiyimiz çətinliklər və insanların “cancel” mədəniyyətinə (“linç etmək” təbiri ilə istifadə olunan, sosial mediada cəmiyyət tərəfindən təcridolunma, diskriminasiya halı) olan yaxınlığı yumoru daha cəsarət tələb edən məfhuma çevirib.


Spillane qeyd edir ki, “Paddy Power”in postlarında əyləncə və yumora yer vermək yaxşı nəticə verir: “Bir brend kimi, özümüzlə məzələnmək bizim üçün uğurlu siyasətdir. Bunu zarafatlarla deyil, ictimai reallıqlarla edirik. Daha sonra isə bunu özü ilə zarafatlaşa bilən, maarifləndirici və açıqlayıcı yumorla birləşdiririk. Bizim uğur formulamız budur”.


“Paddy Power”in marketinq mütəxəssisləri yumoristik paylaşımlarla bağlı araşdırmalarından sonra pandemiya bitdikdən sonra brendlərin yumora geri qayıdacağını düşünür. Komanda sosial media mədəniyyətinin ciddi dünyəvi böhranlardan sonra necə inkişaf etdiyini araşdırıb: İkinci Dünya müharibəsindən sonrakı 15 il ərzində komediya və ailə filmlərinin sayının artdığı müşahidə edilib.


Z nəslinin diqqətini cəlb etmək


Gənc istehlakçılara çatmaq üçün yumor ilkin üsullardan biridir. Bəs onlara hansı yolla çata bilərsiniz?


“Paddy Power” araşdırmalar nəticəsində Z nəslini daha çox onlayn şəkildə cəlb etməyin mümkün olduğunu bildirib. Marka üçün uğurlu yumor siyasəti TV-ə adaptasiya edilərək əldə olunub.


“Z nəsli üçün TV təqdirəlayiq hesab olunur. Onlara görə, televiziyada keyfiyyətli yumor izləmək maraqlıdır, - Spillane əlavə edir, - yumor güvən hissi yaradır. İnsanlar yumor gördükləri yerdə hər şeyi danışa biləcəklərinə inanırlar. Yumor və brend mesajını eyni cürə idarə edə bilən brendlər hər zaman bir addım qabaqdadır”.


Hazırladı: Pəri Abbaslı