Kripto valyuta bazarı son zamanlarda institusional investorların diqqətini xüsusilə çəkməyə başlayıb.
Facemark.az bildirir ki, “CoinShares”in son həftəlik hesabatına əsasən kripto-valyuta bazarındakı qurumlardan 74 milyon dollar daxilolma müşahidə olunub.
Bu nisbət əvvəlki həftələrdə 150 milyon dollara qədər yüksəliş yaşayıb. Artıq“Ripple” institusional girişi olan kripto məhsullar arasında xüsusi yerə sahibdir.
“Cardano” və “Polkadot” şirkətlər arasında diqqət çəkir. Cardano və Polkadot - 5.2 milyon və 3.8 milyon dollar investisiya qəbul edib. Ümumi investisiya nisbətindəki azalma Bitcoin və digər kriptovalyutalardakı geriləmə ilə əlaqədardır.