İsrailin startupçıları bu il indiyə qədər 10,5 milyard dollar qazanaraq 2020-ci ildəki rekordu üstələyiblər. Mütəxəssislər bunun səbəbini investorların pandemiyadan qalib çıxan texnologiya firmalarına dəstək verməklərində görür.
Facemark "Bloomberg"ə istinadən bildirir ki, bu ilin ilk yarısında ən az 100 milyon dollarlıq 30 maliyyə dövrü olub. İsrailin texnoloji sənayesini təhlil edən “Start-Up Nation Central” şirkətinin hesabatına görə, bu, ümumi maliyyənin 53%-ni təşkil edir.
“Start-Up Nation Central Tədqiqat və Siyasət İnstitutu”nun yeni rəhbəri Uri Gabai qeyd edir ki, bu il koorporativ proqram təminatı, fintech və kiber təhlükəsizlik ən çox tələbat yaranan sahələrdir.
“İstisna hallar olmadığı təqdirdə, 2 il əvvəl ağlasığmaz olduğunu düşündüyümüz rəqəmləri belə görə bilərik,” - Gabai həmçinin qeyd edir ki, 20 milyard dollar hazırda fantastik rəqəm kimi görünmür.