YouTube Cannes Lions festivalında yarışan ən populyar reklamların reytinq siyahısını hazırlayıb.
YouTube video platforması 21-25 iyunda keçiriləcək Cannes Lions festivalına uyğun olan ən populyar 10 reklamın reytinqini təqdim edib. Facemark bildirir ki, ilk 10-a 1 iyun 2020 - 30 may 2021 tarixlərində yayımlanan videolar daxildir.
10 video toplamda 635 milyon dəfə izlənilib.
1. Hyundai x BTS | “Dünya üçün” (avtomobil istehsalçısı Hyundai, Cənubi Koreya) - 105,5 milyon baxış. 2020-ci il Beynəlxalq Ana - Yer kürəsi günü üçün Koreya “boy band”ı BTS-in yer aldığı reklam:
2. Həyatın normaları (mobil Orange Egypt, Misir) - 78,7 milyon baxış.
3. Aleksanın bədəni (onlayn satış şirkəti Amazon, ABŞ) - 78,2 milyon baxış. Səsli asistant Alexa-nın Qara Panter ulduzu Michael B. Jordanın bədənini aldığı Super Bowl LV.
4. #BeTheLight to Spread the Light (Oppo smartfon markası, Hindistan) - 74.2 milyon baxış.
5. Bizi dayanda bilməzsiniz (Nike idman markası, ABŞ) - 59,7 milyon baxış
6. Lost & Crowned (Supercell mobil oyun təminatçısı, ABŞ) - Clash of Clans oyununun 11 dəqiqəlik reklamı. Baxış sayı gizlidir, video 943 min bəyənmə toplayıb.
7. Dramaya yox (səyahət markası My Switzerland, İsveçrə) - 52,3 milyon baxış.
8. Koreanın ritmini hiss et (səyahət markası Imagine Your Korea, Cənubi Koreya) - 48 milyon baxış. Məşhurlarla bir başqa səyahət yeri: Ambiguous Dance Company, Cənubi Koreyanın ən gözəl mənzərələri fonunda alternativ pop qrupu Leenalchi'nin musiqisi altında rəqs edir.
9. Bu artıq edilib (Apple, Hindistan) - 47.4 milyon baxış. Apple-dan Apple Watch Series 6 ağıllı saatı üçün Hindistan reklamı.
10. VI Burada (Vodafone Idea rabitə operatoru, Hindistan) - 41,5 milyon baxış.