Kripto valyutalarla bağlı xidmətlər göstərən “BlockFi” şirkəti “Visa” ödəniş servisilə birgə bitcoin cashback-li ilk bank kartını dövriyyəyə buraxıb.
Facemark “Forbes”ə istinadən xəbər verir ki, bu barədə “BlockFi”nın açıqlamasında bildirilir.
Şirkətin baş direktoru Zac Prince yeni kartların bu ayın sonundan növbə siyahısında qeyd olunan müştərilərə veriləcəyini bildirib.
“BlockFi”s Rewards Card”lara hər alış-verişdən 1,5 faizlik cashback gəlməklə illik 50 min dollar həddindən artıq xərclənən hər dollar üçün 2% artacaq. Yeni müştərilər ilk 90 gün ərzində, yaxud bitcoin məbləği 100 min dollar həddinə çatanadək 3,5 faizlik cashback alacaqlar.