Dünyanın nəhəng şirkətlərindən olan “PepsiCo” ikinci rüb qazanc hesabatında analitiklərin gözləntilərini aşıb. Bazar standartını qarşıladığı üçün şirkətin səhmləri yenə zirvələrə yüksəlib.
Facemark xarici mediaya istinadən xəbər verir ki, aparıcı qida və içki şirkəti “PepsiCo”nun satışları 20,5% artaraq 19,22 milyard dollara çatıb. Bu hesab isə analitiklərin gözləntilərini (17,96 milyard dollar) üstələyir.
Gəliri 19,22 milyard dollara yüksələn PepsiCo səhm başına 1,72 dollar qazanc əldə etdiyini bildirib.