Ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.


Facemark bildirir ki, bitkoinin məzənnəsi 1,2% qalxaraq 34,240 ABŞ dolları təşkil edib.


Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin son 24 saat ərzində 0,99% bahalaşaraq 34,232 dollardan satılıb.


Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.


Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64,854 ABŞ dollarından satılmışdı.