Texnologiya nəhəngi “Google” qeyri-qanuni kriptovalyuta xidmətləri üçün ödəniş alaraq istifadəçiləri aldadan 8 tətbiqi “Play Store”dan sildiyi açıqlayıb. Bu cür tətbiqlər yüksək müştəri balları səbəbilə diqqətsiz istifadəçiləri aldatmaq üçün məşhur yol halına gəlib.
Facemark “Trend Micro”ya istinadən bildirir ki, şirkətin araşdırmaları sayəsində aylıq ödəniş alaraq kriptovalyutaları aldadan səkkiz “Android” tətbiqi üzə çıxarılıb.
Araşdırma aşkar edib ki, “Google” tərəfindən ev sahibliyi edilən və kriptovalyuta mədənçiliyi tətbiqləri kimi maskalanan zərərli tətbiqlər, istifadəçiləri aldadaraq pullu reklamlara baxmağa və mövcud olmayan bir xidmət üçün ödəniş etməyə məcbur edirdi.
Hesabata görə, istifadəçilərdən yalnız 15 dollarlıq aylıq ödəniş alınmır, həm də digər xidmətləri təmin etmək üçün daha çox pul ödəmələri tələb olunur. Eyni zamanda bəzi tətbiqlər istifadəçilərdən ön ödəniş tələb edib.
Həmin saxta kripto tətbiqlərinə “BitFunds”, “Bitcoin Miner”, “Daily Bitcoin Rewards”, “Crypto Holic”, “MineBit Pro”, “Bitcoin 2021” və “Ethereum-Pool Mining Cloud” kimi xidmətlər daxildir.
Qeyd edək ki, “Google” bu yaxınlarda kripto mübadiləsi və pullu xidmətlərin istifadəçilərə satılmasına imkan verən reklam siyasətini yenidən nəzərdən keçirib.