Facemark xarici mediaya istinadən bildirir ki, “Apple” səhmləri 30 avqustda 3.04% bahalaşaraq günün sonunacan 153.12 dollara çatıb. Bununla da “Apple” yeni rekord qiymətə imza atıb.


Bunun sayəsində “Apple”ın bazar dəyəri günün sonunda ilk dəfə 2.537 trilyon dollara yüksəlib. Şirkət “ABŞ”da bu qiymətə çatan ilk şirkət kimi tarixə keçib.


Qeyd edək ki, “Apple”ın qiymət artımı avqustun 27-də rüblük hesabatların yayımlanmasından sonra başlayıb. Şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə üç ay ərzində (bu ilin 28 aprel - 26 iyun tarixlərində) 36% artaraq rekord səviyyəyə - 81,4 milyard dollara çatıb.