Çin hökumətinin kriptovalyuta bazarında məhdudlaşdırıcı mövqeyi hər kəsə məlumdur. Çin Dövlət Planlaşdırması yeni kripto mədən layihələrinə maliyyə dəstəyini dayandıracağını açıqlayıb.


Facemark xarici mediaya istinadən bildirir ki, Çin mədənçilik işlərinin ən intensiv şəkildə aparıldığı ölkələrdən biridir. Son aylarda dövlətin bu sektora təzyiqi mədənçiləri öz investisiyalarını başqa ölkələrə köçürməyə vadar edib.


Ölkənin dövlət planlaşdırıcısı kriptovalyuta layihələrinin elektrik bazarında mövcud olmasına icazə verməyəcəyini və yeni kriptovalyuta layihələrində enerji istehlakı nəzarətini gücləndirəcəyini açıqlayıb.



Çin Mərkəzi Bankından kriptovalyutaların gedişatına təsir edəcək açıqlamalar da, öz növbəsində, kripto dünyasında ciddi əks-təsir yaradıb.


Bank kriptovalyuta ilə əlaqəli qanunsuz maliyyə fəaliyyətlərinin ciddi şəkildə cəzalandırılacağını və xaricdəki birjaların Çindəki vətəndaşlara xidmət göstərməməli olduğunu bildirib.


Bu açıqlamalardan sonra Bitcoində kəskin enişlər olub. 45.000 dollara yüksələn BTC Çindən gələn xəbərlərdən sonra 42.900 dollara düşüb.