Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 98,22 min və ya əhalinin 0,97 %-ni təşkil edir.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bu barədə “TripleA” şirkətinin tədqiqatında deyilir.


Tədqiqata daxil olan 9 MDB ölkəsi arasında Azərbaycan 6-cı pillədə qərarlaşıb. İlk beşliyi müvafiq olaraq Rusiya (17,38 milyon istifadəçi), Ukrayna (5,57 milyon), Belarus (352,5 min), Özbəkistan (344,05 min), Qazaxıstan (324,33 min) bölüşür.


Yeddinci və səkkizinci pillədə Qırğızıstan (63,2 min) və Moldova (54,38 min) gəlir. Sonuncu yerdə 33,27 min istifadəçi ilə Ermənistan qərarlaşıb.


Dünya üzrə kriptovalyuta istifadəçilərinin sayı 280 milyona çatıb. Onların 100 milyonu Hindistanın payına düşür. Tədqiqat müxtəlif qitələrdən olmaqla 140-dan çox ölkəni əhatə edir.


Xatırladaq ki, “TripleA” şirkəti 2017-ci ildə Sinqapurda təsis edilib. Şirkət bu ölkənin Mərkəzi Bankının və AML (Anti-Money Laundering ) və KYC (Know Your Customer или Know Your Client ) beynəlxalq standartlarının tələblərinə cavab verir. Onun Sinqapur, Honq-Konq və Avropada nümayəndəlikləri fəaliyyət göstərir.