“Apple” şirkətinin səhmlərinin qiyməti kompüter çipi çatışmazlığı səbəbindən iPhone 13 istehsal hədəflərini aşağı sala biləcəyi xəbərlərindən sonra aşağı düşüb.
Facemark xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin 2021-ci ilin son rübündə 90 milyon iPhone istehsal etməsi gözlənilirdi. Amma “Apple” ortaqlarına ümumi məbləğin daha 10 milyon aşağı olacağını söyləmək məcburiyyətində qalıb.
Mövcud vəziyyət dünyanın ən böyük çip alıcılarından olan "Apple" kimi smartfon, eyni zamanda avtomobil sənayesi və video oyun konsolları istehsalçıları kimi digər sektorlara da ciddi təsir göstərib.
Qeyd edək ki, sentyabr ayında “Apple” dörd yeni iPhone 13 modelini təqdim etmişdi.