Rusiyanın nəhəng axtarış sistemi olan "Yandeks" eyniadlı İnternet-brauzer hazırlamaq niyyətindədir. Brauzerin relizinin 2012-ci ilin oktyabrında və ya növbəti ilin 1-ci rübündə təqdim olunacağı ehtimal olunur.
Liveinternet-in banisi German Klimenko veb-brauzerin hazırlanmasını təxminən 1,2 milyon dollarla qiymətləndirir. O qeyd edib ki, brauzerin mobil versiyasının hazırlanması üçün daha 2 milyon dollar vəsait lazım olacaq. "Yandeks"in baş direktoru Arkadi Voloj zəruriyyət yarandığı halda şirkətin öz məhsulunu irəli çəkməyə hazır olduğunu bildirib.