"PayPal" sosial media şirkəti "Pinterest"i satın almağı planlaşdırır.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, Kaliforniyada yerləşən "PayPal" bu yaxınlarda razılaşma ilə bağlı "Pinterest"ə müraciət edib. Bildirilib ki, şirkətlər bir səhmin 70 dollar civarında potensial qiymətini müzakirə ediblər.


Qeyd edək ki, "Pinterest"in B sinif səhmləri də daxil olmaqla şirkət təxminən 45 milyard dollar dəyərində qiymətləndirəcək.