El Salvador Prezidenti Naib Bukele dünyanın ilk "Bitcoin" əsaslı dövlət istiqrazını satacaqlarını açıqlayıb.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, satışdan 1 milyard dollar gəlir gözlənildiyi halda bunun 500 milyon dolları sıfırdan “Bitcoin City”nin qurulmasına xərclənəcək. Bu yeni şəhərin sakinlərindən gəlir, əmlak və məclis vergisi tutulmayacaq.
Fonseca körfəzindəki vulkanın yaxınlığında tikiləcək "Bitcoin City" hər şəraitlə təmin olunacaq. Şəhər dairəvi formada dizayn ediləcək və mərkəzi meydanda böyük "Bitcoin" abidəsi olacaq.