Söz verdiyim kimi http://url.az/bdr hər ayın 25-də supermarketlərin 5 kateqoriya üzrə 20 ballıq sistemlə dəyərləndirilməsini sizə təqdim edirəm. Eyni zamanda sizlər supermarketlərdə baş verən hadisələr haqda bilgili olacaqsınız. Bu da sizin ən təbbi haqqınızdır. Qida insanın həm fiziki, həm də mənəvi halına təsir edir. Qidanıza diqqət edin!!!


Bu ay Bütün supermarketlərdə canlanma baş verir, bu da yay aylarının bitməsi, məktəblərin başlaması ilə əlaqədardır. Marketlərdə kompaniyalar artsa da diqqətli olun, ən çox da qida kompaniyalarında. 1+1-lərin tarixlərinə diqqətlə baxın, 2+1 3+1-lərə də nəzarət edin! Ən çox kompaniyalar qeyri-ərzaqda müşahidə olunur ki, bu da təbiidir. Çünki market sahiblərinin qidaya qoyduqları faiz 5%-20% arası təşkil edirsə, qeyri- qidada bu 35%-100% arası təşkil edir. Kompaniyası olmayan çəki ilə satılan ərzaq məhsullarında da eyniylə faizlər 30%-80% arası dəyişir. Qida və qeyri-qidada və nadir məhsullarda bu faiz dərəcəsi tətbiq olunmur, bunlar strateji məhsullar sayılır və bura ən başlıca olaraq, çörək, “Anchor” yağı, yumurta və s. –lər təşkil edir ki, burdan da satışın limit həddinə görə yenə də öz qazanc faizlərini almış olurlar. Bu ay 2 şəbəkənin yeni marketləri açıldı, “Favorit” “Rahat”


“Favorit” hər zamanki kimi ucuzluğu və konpaniyaları ilə diqqət çəkirdi, “Rahat” –da isə yeni açılmasına baxmayaraq qiymətlər çöx baha idi, “Səba” toyuğunu jurnalda 1-kq, 3.05 göstərmələrinə baxmayaraq, kassadan 3.24-də keçərək, satılırdı.


Satışda hal-hazırda 50.000-dən çox məhsul var. Azərbaycana 25 ölkədən məhsul daxil olur. Xatırladım ki, eyni marka altında məhsulların Çin istehsalı və yerli istehsal olunanları da var. Maksimum dərəcədə çalışın qida rasionunuzu rayonlardan gələn təbii qidalarla təşkil edəsiniz. Konservlər və un məhsullarını özünüz hazırlasanız məqsədə uyğundur. Ət və süd məhsullarınızı tanıdığnız və güvəndiyiniz insanlara etibar edin. Qida insanın həm fiziki, həm də mənəvi halına təsir edir. Məşhur bir söz var “Nə Yeyirsənsə Osan”. Ciddi şəkildə genefondumuzu təhdid edəcək məhsullar həddən artıqdı, xüsusən broyler toyuqlarında http://url.az/marja və s.


Aşağıda sıraladığım supermarketlərdə qida pozuntuları dəfələrlə aşkarlanmışdır. Düzgün paketləmə və saxlama şərtinə demək olar ki, heç bir supermarket əməl etmir. Əksər supermarketlərdə üzərlərində Azərbaycan dilində açıqlaması olmayan məhsullar satılır. Açıqlaması olanlarsa düzgün informasiya daşımır. Hallalıqdan dəm vuran “Rahat” və “Grandmart” kimi böyük supermarketlərdə tərkibində spirt olan saysız çeşiddə şirniyat məhsulları satılmaqdadır. Antisanitar və gigiyenik normalara nəzərət etməyənlər arasında başda “Səbət”, “Bizim”, “Makro”, “Citimart” gəlir, digərləri də buna qismən əməl edir. ”Bizim” marketdə baş verən şok hadisəyə isə aşağıdakı videoda baxa bilərsiniz. Bizim supermarketində qurdların vitrinin üzərində, məhsulların içində necə gəzişdiylərni gözəcəksiniz.



Qiymət siyasətini dəyişməyən marketlərdə isə günü-gündən bahalaşma müşahidə olunmaqdadır. Bahaçılığa örnək olaraq başlıca sırada “Neptun”, “Rahat”, “Grantmart”, “Araz”, “Səbət”, “Bizim”, “Life”, “Bazarstore” adlı marketlər ardıcıllıqla gəlir.


Müştəri məmnuniyətindən söz gedə bilməz. Çünki hələ də supermarketlər vitrin və kassa qiymətlərini tənzimləyə bilmirlər. Ən çox qarışıqlıqsa hələ də 1C poqramından istifadə edən marketlərdədi. Buna baxmayaraq yeni və digər proqqramlarda işləyən supermarketlərdə də bu problem aktual olaraq qalır. Müşahidələr və narazıçılıqlar əsasən “Bizim”, “Neptun”, “Səbət”, “Rahat” adlı marketlərdən gəlir.


“Neptun” marketdə işçilər sanki öz evlərindəki kimi rahatdırlar, sanki müştəri onlardı, alıcılarsa işçilər. Kobud danışıq formaları və uyğunsuz hərəkətlər, etik normaların pozulma hallarının dəfələrlə müşahidə olunmuşdur. “28 Mall”-da açılacaq olan “Bazarstore” , “Neptun”-un satışlarını aşağı düşürəcək. “Neptun” bütün göstəricilərdə “Bazarstore”-dən geri qalır.


Bütün supermarketlər zincir prinsipini pozurlar. Kompaniyalar və qiymət siyasəti eyni adlı marketlərdə fərqlilik təşkil edir. Bu da eyni markadan istifadə edən alıcıların aldadılması və hüquqlarının pozulması deməkdir.


http://www.facebook.com/sebetmarket


http://www.facebook.com/pages/Rahat-market/113457288675696


Aşağıdakı cədvəldə olan qiymət dəyərləndirməsi marketlərin 100% -lik göstəricinin neçə faizini yerinə yetirdiklərini göstərir.


S/s


Supermarketlər


Bu aya olan göstəricilər


1.


Favorit


79


2.


Bazarstore


75


3.


Bolmart


70


4.


Makro


59


5.


Araz


57


6.


Grandmart


56


7.


Life


56


8.


Bizim


56


9.


Rahat


54


10.


Neptun


50


11.


Səbət


49


12.


Kontinental


43


13.


Citimart


35




Bizim


Rahat


Favorit


Bazarstore


Səbət


Araz


Makro


Neptun


Citimart


Kontinental


Life


GrandMart


Bolmart


Keyfiyyət


8


12


15


15


8


13


12


13


9


14


13


13


14


Qiymət


14


8


18


15


14


12


15


7


6


5


10


10


18


Xidmət


6


8


13


12


7


10


10


9


8


11


10


10


8


Çeşid


15


14


18


18


10


12


12


11


7


10


13


11


15


Hədiyyə və Kompaniya


13


12


15


15


10


10


10


10


5


3


10


12


15


Alış-veriş edərkən, hər hansı bir çatışmazlıqla problemlə, haqsızlıqla, konpaniya və s., qarışılaşsanız bizə bildirməyinizi sizdən xahiş edirik. Diqqətinizi çəkən hər hansı bir məqam olarsa, foto və video çəkiliş edərək bizə göndərə bilərsiz.