İtaliyanın Antiinhisar Dövlət Xidməti “Amazon” onlayn pərakəndə satış şirkətini “bazarda dominant mövqedən sui-istifadə”yə görə 1,128 mlrd. avro məbləğində cərimələyib.


Facemark xəbər verir ki, bu barədə Rəqabətin və Bazarın Mühafizəsi İdarəsinin (AGCM) açıqlamasında deyilir.


Tənzimləyicinin fikrincə, “Amazon” şirkəti “İtaliya bazarında mütləq üstünlük mövqeyindən” yararlanıb ki, bu da ona öz çatdırılma xidmətini inkişaf və təşviq etməyə imkan verib və bununla da e-ticarət bazarında logistika sektorunda fəaliyyət göstərən digər xidmətlərə ziyan vurub.