İran Mərkəzi Bankının sədri Abadi bildirib ki, İran kriptovalyutasının sınaq versiyası tezliklə bazara daxil olacaq.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, “Milli kriptovalyuta Mərkəzi Bankın gündəmindəki mühüm məsələlərdən biridir. Bununla bağlı infrastruktur hazırlanıb və lazımi təlimatlar veriləcək. Sınaq versiyası qısa müddətdə bazarlara çıxacaq”, - deyə Abadi bəyan edib.
Qeyd edək ki, İran güzəştli elektrik tariflərinə görə Çin, Rusiya, ABŞ, Qazaxıstan, Kanada və İslandiya ilə birlikdə dünyada ən çox kriptovalyuta istehsal edən 7 ölkədən biridir.