Azərbaycanda səriştəli menecer tapmaq çox çətindir. Bəs Sizcə bu menecer böhranının aradan qaldırılması yolları nədir?! Mən bu yazıda bu haqda danışacam, yaxşı menecer necə olmaq olar?!Bügün dostumuz Anar müəllimin yazısını diqqətlə oxudum, doğurdanda real biznes məsələlərini əks etdirir. Bu yazıda olan 2-ci bənd isə çox aktual bir istiqamətdir, dostumuzun fikri belə edi: “Əsas praktikadır. İşləyib öyrənəcəm. Heç nə öyrənməyəcək. Olsa-olsa həmin işi “öyrənər”, o da yarımçıq. Hər dəfə yeni situasiya görəndə çaşıb qalacaq, sual verəcək və s.”. Fikirlərimi Sizlərlə bölüşüm…
Uğurlu menecer olmaq üçün əlbətdə təcrübə mütləqdir və mən hesab edirəm (oxu əminəm) ki, əsl menecerlik qabiliyyətləri məhz real işdə bilinir. Təsadüfi deyil, P$G, Unilever, McDonalds kimi dünya şirkətləri menecerlərini yalnız özləri yetişdirir. Mən hesab edirəm ki, uğurlu menecerlik 100%-ə ifadə edilirsə, bu cəmi yaradacaq 3 vacib amil vardır.
Birinci Amil – 60%! Uğurlu menecer olmaq üçün işin 60% üçün təcrübədir. Mən Azərbaycanda son dərəcə nüfüzlü Universitetləri bitirmiş gənc mütəxəssislər tanıyıram, təcrübələri olmadığı üçün sahibkara yaramır… və tam əksini adi Azərbaycan təhsilli mütəxəssislər var ki, iş təcrübəsi hesabına böyük bizneslərə rəhbərlik edir. Təcrübə istər şəxsi biznesdə, istərsədə işə muzd fəaliyyətdə uğurun ən azı 60%. Təcrübəli menecerlər kritik vəziyyətlərdə düzgün gərarlar verirlər, təcrübəli menecerlər heç bir kitabda, heç bir treninqdə ( Marketinq AİR-ə biz bu haqda deyəcəyik) deyilməyən vərdişlərə sahib olur bu çox vacibdir.
İkinci Amil – 30%! Uğurlu menecer olmaq üçün 30% ünsiyyət qurmaq qabiliyyətidir. Bu qabiliyyət menecer olmaq üçün olmazsa, olmazlardandır. Mən böyük iş təcrübəsi olan çoxlu adam tanıyıram, lakin bu adamlar elementar ünsiyyət, münasibət qura bilmədiklərini görə “irəli gedə” bilmirlər. Bizim həyatımız ünsiyyətlərlə doludur, xoşbəxtçilikdə biz bu planetin ən çox danışan canlısıyıq! İstər müştərilər, istər işçilərimiz, istər rəhbərlik, istərsədə ailə, dost və s. ünsiyyət qura bilməyən adam heç bir işdə uğur qazana bilməz. Əlbətdə bu xasiyyətə öz üzərində işləməklə hansısa mənada nail olmaq olar, lakin bütün hallarda uşaqlıq yaşlarında bunun aşılanması daha vacibdir. Məhz bu kriteriyaya görə uşaq baxcası belə, şəxsiyyət olaraq uşağın formalaşmasında rolu böyükdür. Alim olmazdan qabaq, insan olmaq lazımdır – bunun üçündə tərbiyyə önəmlidir. Ünsiyyət qura bilmə qabiliyyəti uğurlu menecer olmağın 30%.
Üçüncü Amil – 10%! Təsirlik cəhətdən sonuncu olsada tam uğurlu menecer portreti üçün vacib olan bir şey – nəzəriyyə! İnsan əvvəla təcrübə qazana bilər, sonra gözəl ünsiyyətçiliklə rəhbər vəzifədə çalışar… amma bu vəzifədə düzgün gərərlar vermək üçün bu azdır. Uğurlu rəhbər mütləq nəzəri biliklərə malik olmalıdır. Biznesdə nəzəriyyə digər sahələrdən fərqli olaraq, real təcrübə ilə qazanılır. Bu baxımdan yaxşı kitab oxumaq, yaxşı seminarlarda olmaq uğurlu biznes üçün vacibdir. Mən Marketinq sahəsində iqtisad elmləri namizədiyəm bu mənə gündəlik iş fəaliyyətimdə kömək etməsədə hansısa ölkə üçün marketinq planının (strateqiyasının) hazırlanmasında kömək edir və ya yeni sektorda olan bir şirkətə məsləhət verdiyim zaman vacibdir. Biz nəzəriyyəni bilməliyik ki, gündəlik gördüyümüz işlərdən kənar problemlərlə qarşılaşdıqda donub qalmayaq. Nəzəriyyəsiz menecer daim “velosiped” ixtira edəcək. (bu çox pisdir – məlumat üçün…)
Hesab edirəm ki, biz güclü iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə güclü menecerlər yetişdirməliyik (olmalıyıq). Bunun üçünsə yalnız iş təcrübəsi deyil, yuxarıda qeyd etdiyim hər 3 kriteriya olmalıdır!
Beynalxalq təcrübə marketinqdə vacibdir
Müəllifin bloqu:
www.ilkinmanafov.com