Oyun platformaları, konsollar, oyunlar və aksessuarların satıcısı "GameStop" ilin sonuna qədər NFT bazarını işə salmağı planlaşdırır. Bu açıqlamadan sonra şirkətin səhmləri 22%-dən çox bahalaşıb.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, "The Wall Street Journal"a görə, bazarda "GameStop" video oyunları üçün virtual mallara - personajların geyimlərinə və silahlarına diqqət yetirəcək. Məlumata görə, istifadəçilərin NFT yarada, ala və sata bildiyi "OpenSea" platforması bu yaxınlarda 300 milyon dollar vençur kapitalı toplayıb və 13,3 milyard dollar dəyərində qiymətləndirilir. Bu, "GameStop"un indiki təxminindən təxminən 10 milyard dollar çoxdur.