"Bitcoin" həftələrdir davam edən eniş trendini davam etdirir. Həftənin ilk gününə 42.00 dollardan başlayan kriptovalyuta enişini 40.000 dolların altına keçirib. Bu, sentyabr ayından bəri ən aşağı səviyyə kimi qeydə alınıb.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, eniş 39,650 dollara qədər davam edib. Kriptovalyuta hazırda 40 600 dollara satılır. FED-in bu il faiz artıracağına dair gözləntilərin artması və bunun neçə dəfə olacağı ilə bağlı təxminlərin enişdə rol oynadığı bildirilir.
"Bitcoin"in bu enişi ilə likvidasiya dərəcələrində böyük artım olub.