"Take-Two", "Peak Games"in sahibi "Zynga"nı cəmi 12,7 milyard dollara aldığını açıqlayıb.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, "Take-Two", "Zynga"nı hər səhm üçün 9,86 dollara, cəmi 12,7 milyard dollara aldığını açıqlayıb. Sözügedən təklif "Zynga" səhmlərinin 7 yanvar 2022-ci il tarixindəki birja bağlanış qiymətindən 64 faiz yuxarıdır.
Qeyd edek ki, "Zynga" səhmdarları "Zynga"nın "Take-Two" səhmlərinin hər bir səhminə görə 3,5 dollar nağd pul və 6,36 dollar alacaqlar.