Keçənlərdə tələbəlik vaxtlarımda marketinq dərslərində not aldığım not dəftərim qarşıma çıxdı.Nostaji hissinə qapılaraq oxumağa başladım...Oxuyarkən düşüncələrimdə sadəcə bir şey canlanırdı-bir zamanlar bunları öyrənərkən necə də çətinlik çəkirdim,ama indi isə bunlar məni qane etmir,daha çox bilgi ,daha çox innovativ düşüncəyə ehtiyacım var ...


Bəs bu qədər irəliləmənin əsas səbəbi nədir ?? –Təcrübə .Bunu hər zaman söyləyərəm ki,istərsən elmlər namizədi ol,əgər təcrübən yoxsa heç bir şey eliyə bilmərsən..Bugün toxunacağım mövzu,gənc insanların və əsasən də tələbələrin təcrübə qazanmalarına yardımçı olacaq məsləhətlərim :


Addım 1 : İş həyatına atılmamışdan öncə çalışdığınız qədər sizə gələcəkdə lazım ola biləcək hər bir şeyə yiyələnin ..məs. bacardığınız qədər daha komputer programlarını öyrənməyə can atın..əgər bir marketoloq ixtisasına yiyələnirsinizsə,dizayn programlarından anlayışınız olması gələcəkdə sizə çox kömək edəcək.Əgər mühəndis olacaqsanızsa AutoCad programını bilmənizin böyük faydası var ..


Addım 2 : Zamanınızı boş işlətməyin,iş həyatınızda o qədər də zamanınız olmayacaq ..boş zaman tapan kimi ,ya praktiki yöndən məsləhət alın,ya da nəzəriyyəni inkişaf etdirməyə çalışın..Çünki tələbə ikən xərclədiyin boş zamanınızı,sonra tapa bilməyəcəksiniz ,zaman isə durmaz,axan çay kimidir ,ani bir saniyə ərzində axan su bir daha yenidən axa bilməz,hər anı dəyərləndirin..


Addım 3 : Təbii ki təhsilinizi bitirdikdə təcrübəniz 0 deməkdir. Nə etmək lazımdır ?? Çalışın şirkətlərə çoxlu sayda CV göndərəsiniz,yüksək yerlərə iddialı olmaya bilər (əgər güvənirsinizsə özünüzə göndərin ) .Çalışa bildiyiniz hər yerə,çünki siz 0-dan başlayırsınız,bir yerlərdə təcrübə keçməniz ,praktiki öyrənməniz şərtdir..Çalışın alt yapı qurmağı bacara bilən şirkətlərlə maraqlanın..


Addım 4 : İşlədiyiniz və ya tələbə olduğunuz zaman müvafiq qurum və təşkilatların keçirdiyi traninglərə qatılın..Bu sizə müəyyən praktika və yenilikdən xəbərdar olmağınıza şərait yaradacaq .Bu təlimlərdən necə xəbərdar olmaq olarmı sualına cavab olaraq -hər gün 1 saatınızı gündəmi izləməklə keçirsəniz kifayət qədər məlumatlı olacaqsınız.


Unutmayın ki təcrübə çox önəmlidir ..aldığın təhsilin uğurlu olmasının 60% -i təcrübə nəticəsində əldə edilir...


Gələcək yazılarda mövzunun davamı gələcək ..