''Twitter''in qurucusu olan və bir müddət əvvəl şirkətin baş direktoru vəzifəsindən ayrılan Cek Dorsi kriptovalyutalar və Bitkoin ilə bağlı açıqlamalar verib. Dorsi bir daha Bitkoinin qlobal valyutaya çevriləcəyinə inandığını qeyd edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Cek Dorsi keçmiş açıqlamalarında Bitkoinin qlobal valyutaya çevriləcəyini bildirib. ''Microstrategy''nin konfransında bu fikri təkrarlayan Dorsi, "Bitkoin sayəsində biz internet üçün yerli pul vahidinə çox yaxınıq, dünyanın universal valyutaya ehtiyacı var" deyə qeyd edib.