İlk dəfə 2008-ci ildə qarşımıza çıxan və o dövrdə parlaq, üçölçülü loqosu olan ''Google Chrome''un loqosu indiyədək üç dəfə dəyişib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Google Chrome''un 8 il sonra reallaşan loqo dəyişikliyi ilə loqodakı kölgələr aradan qalxıb və nəticədə loqo daha da sadələşib. Kölgələr silindikdə, loqo rənglərinin incəldiyi kimi görünə bilər, lakin bu, kölgələrin silinməsi deyil, mavi dairənin ətrafındakı ağ dairənin böyüdülməsidir.
Kölgələrin aradan qaldırılması ilə yanaşı, yeni loqoda rənglər daha da canlılaşdırılıb. Bu yolla ''Google Chrome'' müasir marka tərifinə daha uyğun bir loqo təqdim etməyi hədəfləyir. Yeni ''Google Chrome'' loqo yeniləməsi növbəti bir neçə ay ərzində tədricən bütün cihazlara yayılacaq.