Günümüzün ən məşhur və ən böyük kriptovalyuta birjalarından biri olan ''Binance'', 200 milyon dollarlıq sərmayə ilə ''Forbes''in iki ən böyük investorundan birinə çevrilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Binance'' 104 ildir fəaliyyət göstərən ''Forbes''ə 200 milyon dollar sərmayə qoyacaq. Günümüzün ən məşhur və ən böyük kriptovalyuta birjalarından biri olan ''Binance'', 200 milyon dollarlıq sərmayə ilə ''Forbes''in iki ən böyük investorundan birinə çevrilib. İnvestisiyadan sonra ''Forbes''in 9 idarə heyətindən 2-si ''Binance''a keçəcək.
''Forbes''in verdiyi açıqlamalara görə, 200 milyon dollarlıq investisiya ilin birinci rübündə reallaşdırılması planlaşdırılan birləşmə məqsədli ortaqlıq (SPAC) üçün istifadə olunacaq.