Sentyabr ayında kriptovalyutaları qadağan edən Çin, 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına Bitkoin SV-də qeydiyyatdan keçmiş NFT-ləri satışa çıxarıb. ''NFTOnShow''da satışa çıxarılan NFT-lərin qiyməti 5 BSV ($420) məbləğindədir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2021-ci ilin sentyabrında bütün kriptovalyuta əməliyyatlarını qeyri-qanuni elan edən Çin, NFT-lərini satışa çıxarıb. Kolleksiya müxtəlif idman növlərində Xiao Cang adlı maskotun təsviri ilə yaradılıb. Hər bir əsərə həm Çin, həm də ingilis dillərində kiçik bir izahat daxil edilib.


NFT-lər BSV blokçeynində yaradılaraq Bitkoin SV-də satışa təqdim edilib. (1 BSV = 84 dollar). Ümumilikdə 700 NFT satışa çıxarılıb, indiyədək 103 NFT satılıb.