Bu məqaləni Facemarkda oxuyursunuzsa, bu o deməkdir ki, marketinqin nə olduğunu bilirsiniz və PR haqqında da anlayışınız var. Buna görə keçək mətləbə. PR müəssisəyə niyə lazımdır. Hər hansı bir müəssisə PRla məşğul deyilsə, bu onun üçün təhlükədi. Niyə? Çünki müəssisə ictimaiyyətlə əlaqə qurmayıbsa, ictimaiyyət onun üstünlükləri haqqında məlumatsız olacaq və ona kömək edə bilməyəcək. PR-ı güclü olan bir firma ağlınıza gətirin və həmin firmanın başına gələcək hər hansısa böhranı. Firma yaxşı PR siyasəti qurubsa, böhran zamanı istehlakçısından kömək istəsə istehlakçılar buna rədd cavabı verməz. Məsələn, yaxın illərdə internet divlərindən olan www.wikipedia.org saytının bağlanma təhlükəsi var idi. Wikipedia saytının rəhbərliyi ictimaiyyətə onlara maddi kömək göstərmələri ilə bağlı müraciət etdi və nəticədə istəniləndən çox məbləğ yığıldı və sayt öz işinə davam etdi. İctimaiyyətə yararlı olduğunu inandırmalısan ki, sənə çətin vəziyyətində kömək etsin. Təsəvvür edin Procter&Gamble şirkəti maliyyə böhranı keçirdir və böhrandan çıxış kimi ictimaiyyətdən onlara azacıq maddi dəstək olmalarını xahiş edir. Mən inanıram ki, ictiamiyyət Procter&Gamble şirkəti bağlanmasın deyə maddi köməklik edər. Bunu tək Procter&Gamble şirkətinə aid etmək olmaz. Bu siyahıya bir çox transmilli şirkətləri daxil etmək olar. Bəs necə etmək lazımdı ki, ictimaiyyət çətin günündə sənə kömək olsun? Cavabı çox sadədir:


1. Sosial layihələrdə iştirak etmək. XX əsrin ortalarından sonra yaranan Həmkarlar İttifaqları firmalara sosial yöndən də fəaliyyət göstərmələrinin də vacib olduğunu xatırlatdı. Həmin dövrdən sonra transmilli şirkətlər sosial lahiyələrə qoşuldular. Hətta Philip Morris kimi siqaret sənayesi lideri olan bir insan sosial layihələrə çoxlu maliyyə ayırır. Sosial layihələrdə iştirak edən firmaya qarşı ictimaiyyətdə müsbət fikir yaranır.


2. Sosial reklamlar çəkdirmək. Bəzən tanıdıcı reklamdan daha çox sosial reklamlar yadda qalan olur. İctimaiyyətə onlara özlərini yada salacaq reklam təklif etmək o qədər pis fikir deyil. Yenə Procter&Gamble nümənəsi. 2012 London Olimpiya oyunları üçün hazırladığı “Təşəkkürlər, Ana” çox böyük marağa səbəb oldu.


3. Sosial şəbəkələrdə aktiv olmaq. Məlum məsələdi ki, son illərin modası sosial şəbəkələrdir. İctimaiyyətlə əlaqənin ən asan yolu olan bu üsuldan özlərini məhrum etməməlidir. İnternet istifadəçilərin çoxluğu və gündən-günə artması firmaları sosial şəbəkələrdə aktiv olmağa məcbur etməlidir. Sosial şəbəkələrdə öz fəaliyyətləri ilə məlumat verməklə yanaşı, onların suallarını mütəmadi cavablandırmalıdırlar.


Bütün bunlardan sonra nəticə etibarilə demək olar ki, Yaxşı PR pis günün dostudur.