Uzun bir fasilədən sonra yenidən istifadəyə verilməsi planlaşdırılan ''Winamp'', yalnız media oyunçusu olmayacaq, eyni zamanda ''Winamp Foundation'' adlı sənətçilərə dəstək verən bir dərnəyi də platformaya daxil edəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət çərşənbə günü ''Twitter'' hesabından verdiyi açıqlama ilə ''Winamp Foundation'' qurulduğunu elan edərkən, bir dövrün ən məşhur media oyunçusunun orijinal mövzusunun NFT olaraq satışa təqdim ediləcəyini də bildirib. 16 mayda başlayacaq və 22 mayda bitəcək hərrac nəticəsində NFT-nin satılacağı ''Winamp'' klassik mövzusuna əlavə olaraq, şirkət daha 1997 NFT satmağı planlaşdırır.
Hər biri 0,08 ETH dəyərində olacaq bu NFT-lərin hamısının satışı ''Winamp''ın təxminən 450 min dollar gəlir əldə edəcəyi deməkdir.