Dünyanın ən kasıb ölkələrindən biri olan Mərkəzi Afrika Respublikası bitkoini rəsmi valyuta kimi qəbul edən ikinci ölkə oldu.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Mərkəzi Amerika ölkəsi El Salvador 2021-ci ilin sentyabrında bitkoini rəsmi valyuta kimi qəbul edən ilk dövlət olmuşdu. Bitkoinin valyuta kimi istifadəsi nəhayət Rusiya tərəfindən müzakirə edilərkən, bu gün Bitkoin fərqli bir ölkədə rəsmi pul vahidi olaraq qəbul edilib.
Qeyd edək ki, illərdir böhranla mübarizə aparan ölkə iqtisadiyyatının bitkoin ilə bir qədər yaxşılaşacağı gözlənilir.