Bitkoinin qiyməti 13% düşüb və hazırda 23 748 ABŞ dolları təşkil edir.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bu, 2020-ci ilin dekabrından sonra ilk belə enişdir.


Səhər qiymət 23 909 dollar olub.


İkinci ən böyük kriptovalyuta olan efiriumun qiyməti də 8%-dən çox düşərək 1 176 dollar səviyyəsinə enib.


Dünyanın fond birjalarında eniş ABŞ-da inflyasiyanın yeni maksimuma çatması ilə əlaqələndirilir. Belə ki, mart ayında ABŞ-da illik inflyasiya 7,9% təşkil edib. Bu isə son 40 ilin rekordudur.