"İnstagram", "Facebook" və "Messenger" kimi tətbiqləri özündə birləşdirən "Meta", tətbiqlərdəki avatarlar üçün yeni rəqəmsal geyim mağazası açıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Meta Avatars Store" adlı rəqəmsal geyim mağazasında "Balenciaga", "Prada" və "Thom Browne" kimi lüks brendlər öz məhsullarını nümayiş etdirəcəklər. Meta'nın CEO'su Mark Zukerberq bildirib ki, rəqəmsal məhsullar istifadəçilər üçün metaversedə özlərini ifadə etmək üçün vacib bir yoldur və yaradıcı iqtisadiyyat üçün əhəmiyyətlidir.
Zukerberq açıqlamasında lüks markaların proqram vasitəsilə alına biləcəyini, "Business İnsider"də yayımlanan xəbərə görə isə "Meta Avatars Store"da rəqəmsal geyimlərin qiymətlərinin 2,99-8,99 dollar arasında olacağını açıqlayıb. Platformada yeni dizaynerlərə və brendlərə satışların olacağı da bildirilib.