"NielsenIQ"un araşdırmasına görə, Türkiyədə "FMCG" pərakəndə satışı 2022-ci ilin ilk səkkiz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85% artıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Türkiyədə istehlakçıların yüzdə 62-nin yerli müəssisə və məhsulları almağa üstünlük verdiyi müşahidə edilib. Bildirilib ki, hazırda istehlakçılar daha ehtiyatlı olurlar və qiymət dinamikasına görə kiçik paketlərə meyl edirlər.
Qlobal araşdırma şirkəti "NielsenIQ" tərəfindən aparılan araşdırma, "FMCG" bazarının bu ilin ilk səkkiz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85 faiz artdığını ortaya qoyub. 2015-ci ildən bəri mürəkkəb illik artım rəqəmlərinə baxdıqda, ərzaq kateqoriyasının 19 faiz, ərzaq kateqoriyası üzrə kənd təsərrüfatı məhsullarının 19,4 faiz, buğda məhsullarının 24,3 faiz artdığı müşahidə olunub.
Araşdırmaya görə, Türkiyədə 2020-ci ildə cəmi "FMCG" yüzdə 4,0 olan "e-ticarət"in çəkisi 2021-ci ildə yüzdə 5,7-yə yüksəldi və güclü bir artım qeyd etdi. 2022-ci ilin ilk 8 ayında elektron ticarət 74 faiz dövriyyə artımına nail olub.
Təmkinli alış-veriş artıb.
Dünyada qiymət sabitliyinin pisləşməsinə və bunun istehlakçılara əks olunmasına nəzər saldıqda bütün ölkələrdə qiymət artımlarının müşahidə edildiyi, bunun istehlakçı büdcəsinə təzyiq göstərdiyi və istehlakçının daha ehtiyatlı olduğu görülüb..
Məhsul üstünlükləri kiçik qablaşdırmalara yönəldilsə də, istehlakçının “lazım olanda, lazım olan qədər lazım olan məhsulu aldığı” müşahidə olunub.
İstehlakçılar “məişət mallarına” üz tutub.
Türkiyədə istehlakçıların brend seçimləri ilə bağlı araşdırmalar göstərib ki, istehlakçıların 62 faizi öz bölgələrində yerli müəssisələrdən yerli istehsal məhsulları almağa üstünlük verir. Həmçinin qeyd olunub ki, istehlakçıların 65 faizi yerli brendləri mümkün qədər dəstəkləyir.