Araşdırmalar göstərir ki, 2022-ci ilin birinci yarısında sənaye son iki ildə tutduğu yüksəliş trendindən durğunluq dövrünə daxil olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu ilin əvvəlindən bütün dünyaya təsir edən yüksək inflyasiya və iqtisadi böhran mobil cihaz istifadəçilərinə də təsir edir. Keçən ilin eyni dövrü ilə müqayisədə tətbiq iqtisadiyyatı tənəzzülə girmiş kimi görünür.


Araşdırmalara görə, "Google Play" mağazasındakı tətbiqlərdən əldə edilən gəlir 7,4 faiz azalaraq 21,3 milyard dollar olub. "App Store" 5,3 faiz artaraq 43,7 milyard dollar qazanıb.


Keçən il əldə edilən yüzdə 30 ətrafında artımla müqayisədə tətbiq ekosistemində təhlükə zənglərinin çaldığını söyləmək mümkündür. Qlobal böhranlardan başqa bir çox tətbiqlərin ödəniş və ya abunə haqlarının artması istifadəçini seçim etməyə məcbur edir.