ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasının yaxınlaşması fonunda qızıl bir qədər bahalaşıb.


Facemark.az “Report”a istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,07% və ya 1,15 dollar bahalaşaraq 1 unsiyası 1 720,15 dollara satılıb.


Gümüşün sentyabr fyuçerslərinin qiyməti də 0,4% artaraq 1 unsiyası 18,402 dollar təşkil edib.


“ABC Refinery” şirkətinin Peşəkar İnvestor Bazarları üzrə rəhbəri Nikolas Frappelin sözlərinə görə, treyderlər FES-in qərarını açıqlamasını gözləyirlər. Proqnozlara əsasən, Federal Ehtiyatlar Sistemi uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artıracaq. Bu isə dolların məzənnəsinə və nəticə etibarı ilə qızılın qiymətinə təsir göstərə bilər.


Xatırladaq ki, ötən həftə bu qiymətli metalın dəyəri 1,4% bahalaşıb. N.Frappel deyir ki, buna dolların zəifləməsi səbəb olub.