Dayanıqlı iqtisadiyyat tendensiyası və resursların düzgün istifadəsinə verilən önəmlə paralel olaraq istehlakçıların ikinci əl sektoruna marağı artıb. Z nəsli iqtisadiyyata daha çox cəlb olunduqca bu maraq daha da güclənib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ikinci əl məhsulu daha əvvəl başqası tərəfindən istifadə edilmiş və yenidən bazara təqdim edilən məhsul kimi təyin etmək olar. Xüsusilə, dayanıqlı iqtisadiyyat tendensiyası və resurslardan düzgün istifadəyə verilən önəmlə paralel olaraq son dövrlər istehlakçıların ikinci əl sektoruna marağı artıb. Xüsusilə Z nəslinin iqtisadiyyata daha çox qarışması ilə bu maraq daha da güclənib və keçən il 244 milyon istehlakçı ikinci əl məhsul alıb və ya satıb.
Araşdırmalara görə, ikinci əl bazarının 2026-cı ilə qədər 127 faiz artacağı və 218 milyard dollara çatacağı gözlənilir. Həmçinin 2022-ci ilin sektor üçün ən sürətli böyümə ili olacağı təxmin edilir. İkinci əl sektoru ənənəvi pərakəndə satışdan 11 dəfə daha sürətlə böyüyür.