"Apple"ın CEO-su Tim Kuk şirkətin maliyyə rübü ilə bağlı açıqlamasında böyük satışlar edəcəyini bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Kuk "Apple"ın strategiyaları ilə bağlı ətraflı cavab verməsə də, şirkətin potensial satınalmalar üçün bazarı daim izlədiyini bildirib. "Apple"ın böyük bir şirkət almaqdan imtina etməyəcəyini ifadə edən CEO, daha kiçik şirkətlər almağa və "Apple"a enerji qata biləcək insanları işə götürməyə diqqət ayırdıqlarını əlavə edib.


Bir çox analitik düşünür ki, "Apple" "Netflix"i almalıdır. Belə bir birləşmənin hər iki şirkətə fayda verə biləcəyi bildirilir. Təbii ki, bu alış üçün artıq gec olduğunu deyənlər də var. Məlum olduğu kimi, "Apple" müştərilərinə uğurlu istehsalları özündə cəmləşdirən AppleTV+ yayım xidmətini təklif edir.