Dünyada lüks bazarının böyüklüyü 1 trilyon avroya çatarkən lüks özünü yenidən təyin edir. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər lüks seqmentinə marağı daha da artırdı. The Boston Consulting Group (BCG) tərəfindən hər il hazırlanan hesabata görə lüks bazarı 2010-cu ildə 1 trilyon avroluq həddə çatıb. "Lüksün Yeni Dünyası " adı verilən hesabata görə lüks səyahət və gəzinti 270 milyard avroluq həcmlə lüks xərclər arasında birinci yerdə durur. Lüks avtomobillər 250 milyard avro ilə ikinci, lüks texnologiya məhsulları isə 100 milyard avro ilə üçüncü yerdədir. Sektorun geriyə qalan hissəsini isə 380 milyard avro ilə lüks yemək, içmək , lüks istehlak kateqoriyaları tutur.


Qonşu Türkiyənin lüks bazarındakı payı hələ 0,5% ətrafındadır . Azərbaycanda da az inkişaf etməyən bu kateqoriya bəlli bir qism insanın imakanı daxilində olmasına baxmayaraq öz faiz payını sürətlə artırır. Son dövrdəki tikintilər, restoranlar, otellər, əyləncə və ictimai-mədəni tikililər yüksək zövq və vəsait hesabına öz adından xaricdə də söz etdirməkdədir.


Hesabatda bazarın yalnız böyüklüyü deyil, eyni zamanda lüks istehlakdakı trendler də iştirak edir . Buna görə lüks istehlak bazarında önə çıxan dörd təməl trend var. Qlobal böhran alıcılıq qabiliyyəti yüksək olan seqmentlərdə bədxərcliyi azaltdığına görə müştərilər artıq lüks məhsullardan onları nümayişkəranə şəkildə fərqləndirməsini deyil, özlərinə lüks bir təcrübə qazandırmasını gözləyir . Lüks istehlak bu günədək həmişə London, Nyu-York, Paris, Milan və Tokio kimi mərkəzlərdə cəmləşirdi. İndiki vaxtda isə bu vəziyyət sürətlə dəyişir. Çin, Rusiya, Körfəz ölkələri kimi bazarlar lüks istehlak mərkəzlərinə çevrilirlər. Bu meyl qlobal böhranla birlikdə daha da artır. Bu gün Çində tam 670 min milyonçu var. Dünyada daha çox milyonçuya yalnız iki ölkə sahibdir: Amerika və Yaponiya . İrəlidəki illərdə Çin, Rusiya kimi inkişaf etməkdə olan bazarlar qlobal lüks istehlak bazarındakı əhəmiyyətlərini sürətlə artıracaq.


Bir başqa meyl isə lüks markalarla lüks olmayan markalar arasındakı fərqin azalmasıdır... Bu da müştərilərin seqmentlər arasında həm aşağı, həm də yuxarı doğru hərəkət etməsinə səbəb olur. Məsələn, bir milyonçu ilə eyni qəhvəni içmək və ya son texnologiya ilə bahalı bir cib telefonu istifadə etmək buna örnək ola bilər. Son meyl isə ünsiyyət sahəsində müşahidə edilir. Hesabata görə yeni media sistemi lüks istehlak ünsiyyətini dəyişdirir. Lüks markalarda ünsiyyət tipi bir neçə il əvvələ qədər müştərilərə əmr verər bir tonda idi. Lakin bu yanaşma yeni texnologiya və ünsiyyət platformaları sayəsində dəyişməyə başladı .


LÜKSDƏ DÖRD ƏSAS TREND


BCG-un araşdırması lüks istehlakın tərif və meyarının dəyişdiyini göstərir. Araşdırmaya görə lüksdə 4 əsas trend aşağıdakılardır:


1) Bədxərclik bitdi


Lüks trendlərin yerinə lüks təcrübə gəldi.


2) İstiqamət dəyişməsi


Lüks istehlakda Çin, Rusiya və Körfəz ölkələrinin payı gedərək artır.


3) Lüks artıq əl çatandır


Lüks brendlərlə, brend olmayanlar arasındakı fərq azalır.


4) Lüksün dili dəyişir


Yeni Media Sistemi lüks istehlak ünsiyyətini dəyişdirib