İnkişaf etməkdə olan bazarlarda rəqəmsal reklam sahəsi üzrə aparıcı qlobal şirkət olan "Aleph Group Inc". bu gün Reddit platforması ilə qlobal satış tərəfdaşlığına başladığını elan edib. Reddit platforması beynəlxalq miqyasda genişlənməyə davam edir və bu tərəfdaşlıq Avropa və Orta Asiyadakı reklamçılarındaha uğurlu olmasına imkan yaradacaq.


Facemark.az xəbər verir ki, tərəfdaşlıq Avropa və Orta Asiyanın bəzi ölkələrində ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən reklamçıların Reddit platformasının qlobal reklam imkanlarına çıxışını artıracaq və bu da reklamçılara həm yerli bazarda, həm də onun hüdudlarından kənarda olan Reddit istifadəçilərinə birbaşa çıxmaq imkanı yaradacaq.


Reddit internet məkanının heç bir guşəsində tapılmayan 100.000-dən çox aktiv və unikal onlayn icmanın evidir. Platforma internetdə açıq və səmimi ünsiyyət quran və bu yolla da fəal şəkildə məlumat axtaran insanların birləşdiyi sosial şəbəkədir. Platformadakı dinamik icmalar oyunlardan tutmuş dəbə, əyləncədən tutmuş maliyyəyə qədər müxtəlif spektrli maraqlar ətrafında formalaşıb. Bu isə reklamçılara başqalarının davranışına təsir göstərə, qərar qəbul edə və cəmiyyətin mədəniyyətini formalaşdıra bilən güclü auditoriyaya çıxış üçün görünməmiş imkanlar yaradır.


«Bizim "Aleph Group" şirkəti ilə əməkdaşlığımız digər strateji regionlardakı reklamçılar üçün Reddit platformasının qapılarını açır və onların öz hədəf kütlələri ilə əlaqə qurmasına yardım edir. Biz bu yolla dünyada hər kəsi birləşdirmək və hamı üçün imkanları genişləndirmək üzrə missiyamızı yerinə yetiririk», — deyə Reddit şirkətinin vitse-prezidenti, satış və reklam üzrə prezidenti Harold Klay qey edib. Biz "Aleph Group" ilə əməkdaşlıqdan və onların möhtəşəm beynəlxalq şəbəkəsindən istifadə etməklə dünya üzrə daha çox reklamçını əhatələməkdən və onları bizim platformada uzunmüddətli uğura kökləməkdən çox şadıq».


«Aleph Group"un missiyası əvvəllər qlobal rəqəmsal ekosistemə məhdud çıxışı olan yeni bazarlara və cəmiyyətlərə diqqət ayırmaq və onları dəstəkləməkdir. Bu isə ideya mübadiləsi aparmaq, yeni məlumatlar almaq və onları maraqlarından mözvular üzrə öz biliklərini artırmaq üçün platformaya gələn istəfadəçilərin Redditdəki aktivliyi ilə uzlaşır. Yeni tərəfdaşlıq sayəsində Reddit bizim rəqəmsal reklam sənayesini inkişaf etdirmək, reklam mütəxəssislərinin inkişafı və şirkətlərin biznesinin böyüməsi üçün səylərimizi bölüşür», — "Aleph Group"un baş direktoru Qaston Taratuta qeyd edib.


Avropa bazarları Xorvatiyanı, Kipri, Estoniyanı, Litvanı, Latviyanı, Macarıstanı, Rumıniyanı, Sloveniyanı, Bolqarıstanı, Çexiyanı, Moldovanı, Slovakiyanı və Polşanı əhatə edir.


Orta Asiya bazarları Azərbaycanı, Ermənistanı, Gürcüstanı, Qazaxıstanı, Tacikistanı, Türkmənistanı və Özbəkistanı əhatə edir.